Ramil Şeydayev Türkiyə yolunda
05.01.2024 - 12:46
Ramil Şeydayev Türkiyə yolunda

“Buriram Yunayted” və Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin karyerasını Avropada davam etdirmək istəyində olduğunu xəbər vermişdik.

Apasport.az saytına verilən məlumata görə, Şeydayev Türkiyədə oynamağa razılıq verib.

Lakin maliyyə məsələsi burada önəmli rol oynayacaq. Belə ki, onu istəyən komandalar Ramilin istədiyi maaşı verməkdə hələ ki, çətinlik çəkir. Amma millimizin forvardının istədiyi məbləğ ödənilərsə, Şeydayev Tailanddan ayrılaraq Türkiyəyə yollanacaq.

Qeyd edək ki, Şeydayev 2023-cü il iyulun 9-da "Buriram Yunayted"lə müqavilə imzalayıb. Onun bu klubla müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.

0