Ramin Quliyev: "Aleksey İsayev üçün ödənən pul..."
05.01.2024 - 12:15
Ramin Quliyev: "Aleksey İsayev üçün ödənən pul..."

“Sözsüz ki, Alekseyin gedişi “Sabah”a təsir edəcək”.

Bu sözləri “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev apasport.az saytına açıqlamasında deyib.

O, Masazır təmsilçisinin kapitanı Aleksey İsayevi “Qarabağ”a satmasını şərh edib:


“Aleksey İsayevin keçidi “Qarabağ” üçün uğurlu transferdir. Çünki onların oyun üslubuna uyğun futbolçudur. İstər oyun qurmaqda, istərsə də, topla rəftarında “Qarabağ”ın stilinə uyğundur. Rəqabət komandanın böyüməsi üçün hər zaman vacibdir. “Qarabağ” üçün rotasiyalara həmişə ehtiyac var. Qaldı ki, İsayevin rəqabət apara biləcək gücdə olub-olmamasına, bəli, İsayev “Qarabağ”da rəqabət aparacaq gücdədir”.


Quliyevin fikrincə, Alekseyin gedişi “Sabah”ın çıxışına təsir edəcək:

“Deməzdim ki, “Qarabağ”ın məqsədi “Sabah”ı zəiflətmək idi deyə İsayevi transfer etdilər. Sadəcə, keçid məbləği milli çempionat üçün kifayət qədər yüksək məbləğdir. Bundan da maksimum istifadə etdilər. Yəqin ki, bir plan var və unutmaq lazım deyil ki, “Sabah”da Anatoli Nuriyev də var. Sözsüz ki, Alekseyin gedişi “Sabah”a təsir edəcək. Necə ki, Aleksey Kaşuk və Coy-Lens Mikelsin gedişi təsir etmişdi. O cümlədən, bir müddət İsayevin gedişi də komandaya təsir edəcək. Çünki Aleksey “Sabah”ın oyun qumasında əsas pay sahiblərindən biri idi. “Qarabağ”ın bundan sonra transfer edib-etməyəcəyini bilmirəm. Məncə, onlar üçün bir stoper olsa, daha yaxşı idi. Çünki Kevin Medinanın zədələnməsi “Qarabağ” üçün böyük itkidir. Yəqin ki, transfer yenə də olacaq”.

0