Ramin Quliyev: “Qarabağ" belə çətinliklərlə çox üzləşib” - MÜSAHİBƏ
29.11.2023 - 17:18
Ramin Quliyev: “Qarabağ" belə çətinliklərlə çox üzləşib” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Ramin Quliyevin apasport.az saytına müsahibəsi

-  Sabah baş tutacaq "Molde" - "Qarabağ" qarşılaşmasından nə gözləyirsiz? Təmsilçimizin səfərdən uğurlu nəticə ilə dönməsi üçün nə lazımdır?
- Sözsüz ki, çox çətin oyun olacaq. İlk olaraq süni meydança, hava şəraiti və uzun uçuş komandamıza mənfi təsir göstərə bilər. Amma "Qarabağ" klubu belə çətinliklərlə çox üzləşib. Bu oyunun mahiyyətini yaxşı dərk edirlər və qələbə ilə qayıdacaqlarına inanıram. 
 
- Bildiyimiz kimi millimizin baş məşqçi postu boş qalıb. Sizcə, millimizə kim lazımdır?  Yerli, yoxsa əcnəbi mütəxəssisə üstünlük verilməsinin tərəfdarısız? 
- Mən yerli məşqçinin olmasının tərəfdarıyam, çünki mentalitet, yanaşma, uyğunlaşma və oyunçuları daha yaxşı tanıma prosesləri arxa planda qalmış olacaq. İtirilən vaxt olmayacaq. Bu gün millidə uğur qazanmaq çox çətindir. Ona görə də biz milliyə uyğun baş məşqçi seçməli və ona vaxt verməliyik. Tez bir zamanda nəticə qazanmaq çox çətindir. Baxmayaraq ki, bu heyət ən perspektivli sayılır, amma hələ də Avropa ilə ayaqlaşa bilmirik. 
Namizədim yerli məşqçilərdir və kimliyi önəmli deyil, uğurlu olması kifayətdir. Bu milli hamımızındır.

- Premyer Liqaya bu il yüksələn və heyətini qısa müddətdə formalaşdıran "Araz-Naxçıvan" çempionatın sürpriz komandasıdır. Bu uğurun səbəbini nədə görürsüz? İddialı sayılan, lakin mövsümə uğursuz başlayan "Sabah" və "Neftçi"də çatışmayan nədir?
- Azər Bağırov gözəl heyət, komanda yaradıb. Çempionat hələ uzundur. “Neftçi” və “Sabah” xallarını yığacaqlar. Ona görə də gəlin tələsməyək. Qış fasiləsindən sonra daha yaxşı olacaqlar.
 

0