
“Qarabağ”ın hücumçusu Redon Cica komandanı tərk etmək istəyir.
Apasport.az saytına verilən məlumata görə, forvard ən azından icarə əsasında başqa komandaya yollanmağı planlaşdırır.
Albaniyalı forvard prioritet olaraq sabiq komandası, karyerasında yüksəlişə keçdiyi “Tirana”ya dönmək niyyətindədir.
Əslində, paytaxt klubu da “Qarabağ”la danışığa keçərək onu bir illik icarəyə götürmək istəyir.
Lakin albanlara mane olan məsələ UEFA-nın “Tirana”ya transfer qadağası qoymasıdır.
Belədə, onların Cica sevdası reallaşmır.
Bu isə “Tirana”nın sabiq futbolçularına maaşları ödəməməsi ilə bağlıdır. Məhz, şikayətlər əsasında FİFA bu kluba transfer qadağası qoyub.
Albaniya klubu yayda bu problemi çözərsə, Cicanı icarəyə götürəcək. Əks halda, “Qarabağ”ın forvardı icarəyə yollanmaq üçün özünə başqa komanda axtarmalı olacaq.
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Millimiz ABŞ-yə məğlub oldu
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Azərbaycan Liqalarında növbəti mövsümün topları təqdim edilib
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB