Redon Cicaya müştəri
29.12.2023 - 12:14
Redon Cicaya müştəri

“Qarabağ”ın hücumçusu Redon Cica vətəninə qayıda bilər.

Apasport.az xəbər verir ki, bu barədə alban mətbuatı yazıb.

"Tirana" Ağdam klubunda əsas heyətdə yer almayan 25 yaşlı futbolçu ilə maraqlanır. Bu barədə hələlik rəsmi təklif irəli sürülməyib.

Qeyd edək ki, Cica bu ilin yanvarında “Tirana”dan “Qarabağ”a keçib.

0