Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək
28.11.2023 - 17:31
![Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək](https://apasport.az/storage/news/2023/november/28/big/6565e69d0c01e6565e69d0c01f17011769896565e69d0c01c6565e69d0c01d.jpg)
Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Apasport.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Noyabrın 29-u saat 10:45-də “Neftçi Arena”da təşkil olunacaq tədbirdə təcrübəli yarımmüdafiəçi media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, Hacıyev 2014-2020-cü illərdə və 2022-cü ildən indiyədək “Neftçi”nin heyətində 200 oyun keçirib, 22 qol vurub. O, Premyer Liqada 157 (17 qol), Azərbaycan kubokunda 23 (2 qol), avrokuboklarda isə 20 (3 qol) dəfə “ağ-qara” formanı geyinib.
0
0