Renat oynadı, komandası heç-heçə etdi
10.01.2024 - 20:52
Renat oynadı, komandası heç-heçə etdi

Türkiyə Superliqasında 16-cı turdan təxirə salınmış matç keçirilib.

Apasport.az xəbər verir ki, millimizin forvardı Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" "Qaziantep"lə qarşılaşıb.

Görüşdə hesab açılmayıb - 0:0. Yığmamızın üzvü 46-cı dəqiqədə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, "Hatayspor" 19 turdan sonra 20 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

0