21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığması ilə keçiriləcək oyunla əlaqədar Karvina şəhərinə yollanıb.
Apasport.az xəbər verir ki, U-21 millimizin baş məşqçisi Rəşad Eyyubov qarşıdakı rəsmi oyunlarla bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:
“Bizi iki maraqlı oyun gözləyir. İlk növbədə mental olaraq hazır olmaq, meydanda cəsarətli çıxış etmək bizim üçün vacibdir. Taktiki planımız da komandanı buna sövq etməlidir. Rəqiblərimizin futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Buna görə də ilk dəqiqələrdən intensivliyə uyğunlaşmaq çox önəmlidir. Oyunçularımıza inanıram, məqsədimiz onların potensialını bu matçlarda tam şəkildə üzə çıxarmalarına kömək etməkdir”.
Qeyd edək ki, B qrupunda yer alan U-21 oktyabrın 10-da Karvina şəhər stadionunda Çexiya, 14-də isə “Dalğa Arena”da Şotlandiya yığması ilə qarşılaşacaq.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
- Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO