Rəşad Sadıqov: "Şamaxı" xarakterli komandadır"
05.12.2024 - 00:02
Rəşad Sadıqov: "Şamaxı" xarakterli komandadır"

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Zirə" - "Şamaxı" matçından (3:1) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Keçənilki kimi yenə də bizə 1/8 finalda ən arzuolunmaz rəqiblərdən biri düşmüşdü. Rəqib komandanın baş məşqçisi həmişə kuboka önəm verir, son 5-6 ildə 2 dəfə final oynayıb. Bilirdik ki, oyun bizim üçün çətin keçəcək. Amma matça çox yaxşı başladıq və hesabda 2:0 önə keçdik. Ondan sonra da bir neçə təhlükəli hücumumuz var idi. 3-cü qolu vurub oyuna daha rahat davam edə bilərdik. Həmin dəqiqələrdə rəqib yaxşı hücum qurub hesab arasındakı fərqi azaltdı. Bilirdik ki, ikinci hissə çətin olacaq. Şükürlər olsun ki, ikinci yarıya da yaxşı başladıq. "Şamaxı" xarakterli komandadır, sona qədər mübarizə apardılar. Bu period üçün olduqca vacib qələbə qazandıq".

- Heyətdə rotasiyalar etməmişdiz. Bu, kuboka daha çox önəm verməyinizlə bağlıdır?
- Son matçla müqayisədə əsas heyətdə 7 fərqli futbolçu var idi. Mən futbolçular arasında fərq qoymuram. Mənim üçün hər biri aparıcı oyunçudur. Bütün fikrimiz bugünkü matçda idi. "Sabah"dan artıq "Kəpəz"lə oyuna hazırlaşacağıq. Bizim üçün vacib səfərdir. Tovuz stadionunda oynamaq həmişə çətindir.

0