Tennisdə mövsümün ikinci “Böyük dəbilqə” turniri olan “Rolan Qarros” davam edir. Apasport.az saytının məlumatına görə, kişilərin mübarizəsində son iki yarımfinalçı müəyyənləşib.
Yağış səbəbindən bu günə keçirilən Rafael Nadal – Dieqo Şvartsman görüşü tamamlanıb. Bir günlük fasilənin ardından ispaniyalı raketka ustası geri dönüş edərək, adını son dördlüyə yazdırıb. Digər oyunda isə Xuan Martin Del Potro Marin Çiliçdən üstün olub.
“Rolan Qarros”
Kişilər
1/4 final
Rafael Nadal (İspaniya) – Dieqo Şvartsman (Argentina) – 3:1 (4:6, 6:3, 6:2, 6:2)
Marin Çiliç (Xorvatiya) – Xuan Martin Del Potro (Argentina) – 1:3 (6:7, 7:5, 3:6, 5:7)
Yarımfinalda Rafael Nadal Xuan Martin Del Potro ilə, Marko Çekkinato isə Dominik Timlə qarşılaşacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb