“Roma”nın hücümçusu “Milan”la oyunda zədələnib
19.04.2024 - 12:33
“Roma”nın hücümçusu “Milan”la oyunda zədələnib

İtaliya A Seriyasında çıxış edən "Roma"nın hücumçusu Romelu Lukaku ötən gün Avropa Liqasının 1/4 finalında "Milan"la cavab matçında sıradan çıxıb.

Apasport.az “Sky Italia”ya istinadən xəbər verir ki, ayağından zədələnən belçikalı futbolçu ilk hissənin ortalarında meydanı tərk edib. Mənbənin məlumatına görə, forvard tezliklə tibbi müayinədən keçəcək.

Xatırladaq ki, “Roma” “Milan”ı 2-1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.Turnirin yarımfinalında "Roma" "Bayer"lə qarşılaşacaq. 

0