Ruan Renato: “Bu dəfə daha ciddi hazırlaşmışıq”
29.07.2026 - 15:21
Ruan Renato: “Bu dəfə daha ciddi hazırlaşmışıq”

“İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, üstün tərəf biz idik”.

Apasport.az xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde"yə (Estoniya) qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Braziliyalı müdafiəçi doğma meydanda vəziyyəti dəyişmək istədiklərini bildirib:

“İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, üstün tərəf biz idik. Bu dəfə daha ciddi hazırlaşmışıq. Mərhələni keçən tərəf olmaq istəyirik”.

Qeyd edək ki, "Zirə" – "Payde" arasında cavab görüşü iyulun 30-da saat 20:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək. Estoniyada baş tutan ilk qarşılaşmada "Payde" 1:0 hesablı qələbə qazanıb.