Rüfət Abdullazadə debüt etdi
18.08.2025 - 09:44
Rüfət Abdullazadə debüt etdi

Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” klubunda debüt edib.

Apasport.az xəbər verir ki, o, III turun “Osiyek”lə görüşündə oyuna çıxıb.

Həmyerlimiz matçın 64-cü dəqiqəsində meydana daxil olub.

Görüş qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, “Varajdin” 3 turdan sonra 2 xalla 8-ci sıradadır.