Rus qapıçının meneceri: "Qarabağ" "Bayer"ə müraciət edib"
24.01.2023 - 22:46
Rus qapıçının meneceri: "Qarabağ" "Bayer"ə müraciət edib"

"Azərbaycan mətbuatı Andrey Lunyovun "Qarabağ"a mümkün keçidindən yazır. Öz tərəfimdən rəsmi münasibət bildirmək istəyirəm. "Qarabağ" həqiqətən də Andreyə maraq göstərir, hətta icarəyə verilməsi ilə bağlı "Bayer"ə yazılı müraciət də edib".

Apasport.az xəbər verir ki, bunu Almaniyanın "Bayer" klubunun rusiyalı qapıçısı Andrey Lunvoyun meneceri Anton Smirnov bildirib.

O öz teleqram hesabında Ağdam təmsilçisinin Lunyovla maraqlandığını, lakin keçidin baş tutmayacağını bildirib:

"Klub nümayəndələri ilə şəxsi əlaqəmiz olmayıb, sadəcə vasitəçilərlə bizə şifahi şəkildə şərtlər səsləndirilib. Eyni zamanda, mən vasitəçilərlə danışdım və indi açıq şəkildə bunu deyəcəyəm: "Qarabağ"a, onun son illərdəki inkişafına və Andreyə olan maraqlarına hörmətlə yanaşırıq. Amma bu keçid indiki zamanda bizi maraqlandırmır və mümkün deyil.

Amma bir maraqlı məqamı da diqqətinizə çatdırım. Məlumat ya klubdan, ya da vasitəçilərdən yayılır. Biz bu mövzunu heç kimlə müzakirə etməmişik və fikrimiz də olmayıb. Öz cavabımızı dərhal verdik. Lakin onlar israrlıdırlar və şanslarını sınayıb "Bayer"lə əlaqə saxlamağa qərar verdilər. İndi də nədənsə yalan məlumat yayırlar ki, belə variant mümkündür. Yaxşı, bu, onların işidir. Amma mən deyim ki, Andrey Lunyov “Qarabağ”a keçməyəcək".

0