[b]Rusiyalı futbolçu Misirlə oyuna aparılmır[/b]
17.06.2018 - 12:33
Rusiya millisinin futbolçusu Alan Dzaqoyev DÇ-2018-in növbəti oyununu buraxacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb yarımmüdafiəçinin Səudiyyə Ərəbistanı ilə ilk turun görüşündə (5:0) zədələnməsidi.
Alanın durumuna tam aydınlıq gəlməsə də, onun bərpa üçün ən azı 10 günə ehtiyacı olduğu bildirilir. Bu üzdən komanda rəhbərliyi futbolçunu Misirlə görüşə aparmamağa üstünlük verib. Dzaqoyev Sankt-Peterburqdakı matça getməyib, Moskvada qalaraq müalicəsi ilə məşğul olacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0