"Sürətli atəş tapançasında mənim üçün daha bir Dünya Kuboku medalı. Gözəl şəhər Limada təcrübə mükəmməl idi".
Apasport.az-ın xəbərinə görə, bunu güllə atıcımız Ruslan Lunyov deyib.
O, 11-19 aprel tarixlərində Perunun paytaxtı Limada baş tutmuş güllə atıcılığı üzrə Dünya Kubokunda 25 metr məsafəyə atmada gümüş medal qazanmasından danışarkən səfər təəssüratlarına da toxunub və 10 metr məsafədəki uğursuzluğunun səbəbini açıqlayıb:
"Təəssüf ki, ilk günlər günvurma səbəbindən özümü pis hiss edirdim və 10 m nəticəm dəhşətli alındı. Amma yarışın son günləri gözəl keçdi və mən də ilk dəfə Sakit okeanda üzdüm. Lima, əyləncəli günlər üçün təşəkkürlər".
Qeyd edək ki, Ruslan Lunyov Paris Olimpiadasına hələ ki Azərbaycandan yeganə vəsiqə qazanmış idmançımızdır.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək