"Sabah" Azərbaycan futboluna liderlik edir - SIRALAMA
18.03.2026 - 21:54
"Sabah" Azərbaycan futboluna liderlik edir - SIRALAMA

AFFA-nın klubların akademiyaları ilə bağlı hesabatı açıqlanıb.

Apasport.az xəbər verir ki, simaulyativ qiymətləndirmə cədvəlində klubların sıralaması yer alıb.

Bütün akademiyalar infrastruktur, məşq keyfiyyəti, məşqçi rifahı, idarəetməyə görə ballarla qiymətləndirilib. 

İnfrastrukturda "Qəbələ" akademiyası bütün klubları qabaqlayıb. Aktivində 8,5 bal olan klubu "Sabah" yaxından izləyir. "Bayquşlar"ın hesabında 7 bal var.

Digər bütün göstəricilərdə isə "Sabah" birinci sıradadır. Komanda məşq keyfiyyətində 7,5, məşqçi rifahında 8,5, idarəetmədə 8,5 balla qiymətləndirilib. Masazır təmsilçisi orta performansına görə 8 xala layiq görülüb. 

"Sabah" orta performansda rəqiblərini ciddi şəkildə geridə qoyub. "Bayquşlar"ın ən yaxın izləyiciləri 6,4 bala malikdirlər. "Çəhrayılar" 5 ulduz modeli üzərindən 4 ulduza layiq görülən tək Azərbaycan klubu adını qazanıb.