“Sabah”ın U-14 komandası Qazaxıstanın Konayev şəhərində keçirilən “More Futbola” beynəlxalq futbol turnirində iştirak edir.
Apasport.az xəbər verir ki, İlqar Mənsimovun baş məşqçisi olduğu komanda turnirdə keçirdiyi ilk üç oyunun hər birində qələbə qazanıb.
U-14 komandası Qırğızıstan təmsilçisi “Momunov Futbol Akademiyası”nı 8:1, Qazaxıstanın “Ceyran” komandasını 10:0, “Kayrat Aksay” komandasını isə 9:0 hesabı ilə məğlub edib.
Sabah – Momunov FA 8:1
Qollar: Əli Hacıyev (3), Həsən Ramazanov, Həsən Məhmədov (2), Murad Məmmədzadə (2).
Ceyran – Sabah 0:10
Qollar: Murad Məmmədzadə (3), Əli Hacıyev (3), Həsən Ramazanov (2), Həsən Məhmədov, Xəyyam Məmmədcəfərli.
Sabah – Kayrat Aksay 9:0
Qollar: Əli Hacıyev (3), Murad Məmmədzadə (3), Həsən Məhmədov, Oğuz Talıblı, Ülvi Əlizadə.
- Əvəzedicilər Liqası: VI turun oyun cədvəli açıqlanıb
- “Neftçi” – “Sabah” matçının hakimi bəlli oldu – VII TURUN TƏYİNATLARI
- Kamerunlu vinger "Səbail"də - RƏSMİ
- AFFA rəsmisi: "İnfantino belə sürət görmədiyini dedi”
- U-15 Dünya Çempionatı: Jurnalistlər Hövsan Yarış Kompleksi ilə tanış oldular - FOTOSESSİYA