“Sabah” mükafatına nə zaman qovuşacaq? - RƏSMİ
11.05.2026 - 14:42
Misli Premyer Liqasının 32-ci turu çərçivəsində 17 may saat 18:00-da keçiriləcək “Sabah” – “Neftçi” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Turnirin qalibi adını qazanmış “Sabah” futbol klubuna çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.
0
0