"Sabah" – "Orhus" matçında portuqaliyalı hakim
30.07.2026 - 14:38
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" – "Orhus" matçına hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, ilk görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Juan Pineyru olacaq. Ona yan xətt hakimləri Lusiano Maria və Hüqo Markes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.
VAR hakimi Tyaqu Martins, onun köməkçisi (AVAR) isə Andre Narkiso olacaq.
Qeyd edək ki, "Orhus" – "Sabah" qarşılaşması avqustun 5-də Danimarkada, cavab oyunu isə avqustun 11-də Bakıda keçiriləcək.
0
0