"Sabah" Sekidika ilə bağlı qərarını verdi
16.04.2024 - 17:09
"Sabah" Sekidika ilə bağlı qərarını verdi

“Sabah” mövsümün əvvəlində komandaya cəlb etdiyi və aparıcı oyunçulardan birinə çevrilən Cesse Sekidika ilə bağlı qərar qəbul edib.

Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi əsas heyətin daimi üzvünə çevrilmiş legionerini buraxmaq niyyətində deyil.

Boyan Letiçlə müqavilə müddətini artırmağa nail olan “Sabah” Sekidikanın da müqavilə müddətini daha bir il artırmağa çalışacaq.

27 yaşlı legioner 2023-cü il sentyabrın 7-də Premyer Liqa klubu ilə 2 illik müqavilə imzalayıb. O, 2025-ci il iyunun 30-na qədər hazırkı komandasına məxsusdur. “Sabah” isə onun müqaviləsini 2026-cı ilə qədər artırmaq niyyətindədir. 

Xatırladaq ki, Sekidika buna qədər “Napredak”, “Eskişehirspor”, “Qalatasaray”, “Konyaspor”, “Löven”, “Eyüpspor”, “Ümraniyespor” klublarında çıxış edib.

0