
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, günün ikinci oyununda "Sumqayıt" "Sabah"ı qəbul edib.
Görüş qonaqların üstünlüyü ilə keçib. "Bayquşlar" ikinci hissədə 4 qol vurub. Bununla da, komanda yarımfinala vəsiqə qazanıb.
"Sabah"ın burdakı rəqibi "Neftçi" - "Kəpəz" cütünün qalibi olacaq.
27 fevral
19:30 "Sumqayıt" – "Sabah" 0:4
Qollar: Anatoli Nuriyev, 55, Xəyal Əliyev, 71, Coy Lens Mikels, 82, Amin Seydiyev, 90+3
İlk oyun 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu