“Sabah” Ukrayna klubu ilə qarşılaşacaq
14.01.2024 - 10:24
“Sabah” Ukrayna klubu ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşündə Ukrayna klubu ilə qüvvəsini sınayacaq.

Apasport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi “Vorskla” klubu ilə üz-üzə gələcək.

Murad Musayevin komandasının görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, “Sabah” Antalyadakı ilk matçında “Rapid”i (Rumıniya) 2:1 hesabı ilə məğlub edib.

0