"Sabah"dan çempionluq yolunda növbəti addım - YENİLƏNİB
16.02.2026 - 18:55
"Sabah"dan çempionluq yolunda növbəti addım - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son matçı Qəbələdə keçirilib.

"Qırmızı-qaralar" "Sabah"ı qəbul edib. Matçın ilk yarısında hesab açılmayıb. İkinci hissədə Xəyal Əliyevin vurduğu qol həlledici olub - 1:0.

Qeyd edək ki, "bayquşlar" 49 xalla turnir cədvəlinə başçılıq edir. "Qəbələ" 14 xalla 10-cu pillədə qərarlaşıb.

Misli Premyer Liqası
XX tur
16 fevral
17:00. "Qəbələ" – "Sabah" 0:1
Qol: X. Əliyev, 54

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 11. Asif Məmmədov 7. Turan Manafov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 8. Sambu Sissoko 70. Paulo Quimbila

Məşqçi: George Çixradze

“Sabah”: 92. Stas Pokatilov (k) 46. Aleksey İsayev 9. Xəyal Əliyev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 83. Stefen Ende

Baş məşqçi: Valdas Dambrauskas