"Sabah"ın futbolçusu əməliyyat olunub
13.03.2024 - 18:07
"Sabah"ın futbolçusu əməliyyat olunub

"Sabah"ın futbolçusu Vinsent Till dizindəki çarpaz bağlardan əməliyyat olunub.

Apasport.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Lüksemburqdakı klinikalardan birində həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Qeyd edək ki, Vinsent Till 2023-cü ilin yayından "Sabah"da çıxış edir.

24 yaşlı vinger komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

0