“Sabah”ın sabiq baş məşqçisi Rusiya klubunda
11.12.2025 - 11:53
“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutskinin yeni iş yeri məlum olub.
Apasport.az xəbər verir ki, mütəxəssis Rusiyanın “Ural” klubuna baş məşqi təyin edilib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.
“Ural” Rusiya I Liqasında 21 turdan sonra 41 xalla ikinci sırada qərarlaşıb. Komanda lider “Fakel”dən 7 xal geridədir.
Berezutski 2024/25 mövsümündə “Sabah”a rəhbərlik edib. O, “bayquşlar”la Azərbaycan Kubokunu qazanıb.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
0
0