“Şahdağ Quba”nın sabiq prezidenti Türkiyədə ölü tapıldı - VİDEO
27.06.2025 - 16:23
“Şahdağ Quba”nın sabiq prezidenti Türkiyədə ölü tapıldı  - VİDEO

Qubanın keçmiş "Şahdağ Quba" klubunun prezidenti Xanbaba Daşdı İstanbulda ölü tapılıb. 

Apasport.az xəbər verir ki, O, bir neçə saat bundan öncə rəsmi sosial media hesabından intihar edəcəyi ilə bağlı video paylaşıb.

Xanbaba Daşdı intiharına səbəb kimi özünü göstərib, heç kimi günahkar görməyib. O, bu qərarına görə ailəsindən üzr istəyib.