“Strasburq”un sabiq üzvü “Sabah”da - RƏSMİ
27.06.2025 - 14:32
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Stiv Solvetlə 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Stiv karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.
Qvadelupa yığmasının üzvü olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.
- Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüblər
- Ayxan Abbasov: “Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm”
- Anton Krivotsyuk: “Ayxan müəllimin gəlişindən sonra milli ruh yaranıb”
- Millimiz Çexiyaya böyük hesabla məğlub olub
- “Neftçi” Kazbek Tuayevi təbrik edib - FOTO
1
0