“İmişli” 5 futbolçusu ilə müqavilə yenilədi - RƏSMİ
27.06.2025 - 11:01
“İmişli” 5 futbolçusu ilə müqavilə yenilədi - RƏSMİ

Qarşıdakı mövsüm Misli Premyer Liqasında mübarizə aparacaq “İmişli” heyətinni gücləndirməkdə davam edir.

Apasport.az xəbər verir ki, komanda 5 futbolçusu ilə müqaviləni yeniləyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Oyunçular Mehdi Tahirov və Vüsal Qənbərovla 2 illik, İdris İnqilablı, Andrey Sinenka və Həzrət İsayevlə isə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, “İmişli” son mövsüm I Liqada 2-ci yeri tutub.