Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev Polşada keçirilən III Avropa Oyunlarında medal qazanan boksçularla görüşüb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, o, multiidman yarışında gümüş mükafata sahib olan Məhəmməd Abdullayevlə (+92 kq) bürünc medala layiq görülən Murad Allahverdiyevi (80 kq) Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etdikləri üçün təbrik edib və yeni nailiyyətlər arzulayıb.
Sahil Babayev bildirib ki, 42 ölkənin qatıldığı yarışda 2 mükafata sahib olmaq, eyni zamanda, fəxri kürsüyə yüksələn boksçularımızın Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması gərgin məşqlərin bəhrəsidir. Kişilərdən ibarət komandamızın medal sıralamasında “Top-7”də yer almasını uğur adlandıran federasiya prezidenti yarışda digər milli üzvlərinin də əzmkarlıq nümayiş etdirdiklərini vurğulayıb. O, Olimpiadaya vəsiqələrin sayının artacağına və boksçularımızın növbəti böyük turnirlərdə üçrəngli bayrağımızı yüksəklərə qaldıracağına inam ifadə edib.
Boksçular çıxış etdikləri yarışlar, qatıldıqları təlim-məşq toplanışları və uğura gedən yoldan danışıblar. Onlar bildirib ki, əsas hədəf Olimpiya Oyunlarında medal qazanmaqdır.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib