
“Adana Demirspor” və Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev apasport.az saytına açıqlama verib.
O, “Fənərbaxça”ilə görüşdə zədələndikdən sonra hazırkı durumuna aydınlıq gətirib. Məhəmmədəliyev aprelin 13-də “Kayserispor”la keçiriləcək matçda meydana çıxacağına inandığını deyib:
“Bəli, son matçda zədələndiyim üçün görüşün sonuna qədər meydanda ola bilmədim. İndiki durumum yaxşıdır. Dünən fərdi məşq etdim, özümü növbəti matça hazırlayıram. Düzdür, azca ağrılar var, amma heç nə olmaz, keçəcək. İnanıram ki, “Kayserispor”la görüşdə meydanda ola biləcəm".
Qeyd edək ki, Türkiyə Superliqasının 32-ci turu çərçivəsində "Adana Demirspor" aprelin 13-də evdə "Kayserispor"la qarşılaşacaq. Şahruddinin komandası 31 turdan sonra 39 xalla 11-cidir.
- Bu klublara avrokuboklarda iştirak üçün lisenziya verilib
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- “Qarabağ” “Araz Naxçıvan”ı darmadağın etdi – 12:0
- Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
- Leandro Qomeş: "Azərbaycanın “Karvan” kimi klublara ehtiyacı var"