Şahruddin oynadı, komandası uduzdu
13.01.2024 - 22:34
Şahruddin oynadı, komandası uduzdu

Türkiyə Superliqasında 20-ci turun matçları keçirilir.

Apasport.az xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin şərəfini qoruduğu "Adana Dəmirspor" da növbəti oyununa çıxıb.

Komanda "Rizespor"un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 1:0.

Qeyd edək ki, "Adana Dəmirspor" turnir cədvəlində 29 xalla 6-cı pillədə qərarlaşıb.

0