Şahruddin üçün Rusiyadan təkliflər var: Qərarını verdi
10.01.2024 - 14:14
Şahruddin üçün Rusiyadan təkliflər var: Qərarını verdi

Azərbaycan milli komandasının qolkiperi Şahruddin Məhəmmədəliyevə bir neçə klubdan təklif var.

Apasport.az saytına verilən məlumata görə, 29 yaşlı qolkiper “Krılya Sovetov”un transfer siyahısında yer alıb.

Məhəmmədəliyevə Samara klubundan da təklif gəlib. Lakin o, “Adana Demirspor”u tərk etmək istəməyib.

Qolkiper Türkiyə klubunda qalaraq, karyerasını burada davam etdirməyi lazım bilib.

Qeyd edək ki, 2023-cü il sentyabrın 8-də “Adana Demirspor”la müqavilə imzalayan millimizin qolkiperi 2025-ci il iyunun 30-na kimi Türkiyə klubuna məxsus olacaq.

0