Misir yığmasının hücumçusu Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı seçilib. Apasport.az saytının məlumatına görə, bu barədə respublikanın başçısı Ramazan Kadırov VK hesabında paylaşım edib.
“Məhəmməd Salah – Çeçenistan Respublikasının fəxri vətəndaşıdı. Misir millisi və “Liverpul”un böyük futbolçusunun bu ada layiq görülməsiylə bağlı fərman vermişəm. Misir yığmasının şərəfinə təşkil olunan yeməkdə isə ona fərmanın surətini və rozet təqdim etdim. Salah bu ada layiqdi. Minlərlə uşaq, yeniyetmə, həmçinin yaşlı nəslin nümayəndələri dünyanın ən yaxşı futbolçularından birini görmək, onunla ünsiyyətə girmək imkanı əldə etdi” – deyə, Kadırov vurğulayıb.
Qeyd edək ki, dünya çempionatında geridə qalan iki turdan sonra Məhəmməd Salahın formasını geydiyi Misir yığmasının aktivində 0 xal var. Komanda qrup mərhələsinin sonuna bir tur qalmış mundialla vidalaşıb.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub