"Şamaxı" 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib
09.12.2025 - 11:15
"Şamaxı" 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib

"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.

Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XIV turunda baş verib.

Əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşıyan klub "Karvan-Yevlax"ı üç cavabsız qolla üstələyib. Bu göstəricidə "Kəpəz"ə çatan "Şamaxı" yalnız "Qarabağ"la "Neftçi"dən geri qalır.

Qeyd edək ki, səfərdə ilk böyükhesablı qələbəsini 2001/2002 mövsümündə "Xəzər Universiteti" kimi qazanan komanda "Dinamo-Bakılı"nı (sonrakı "Bakı") 3:0 hesabı ilə məğlub edib.