Baş məşqçi Rüstəm Əliyevlə yola davam qərarı verən “Şamaxı”da daha 4 futbolçu ilə bağlı qərar verilib.
Apasport.az saytının məlumatına görə, heyətində köklü islahatlar aparacaq bölgə təmsilçisi əcnəbilərini saxlamaqda maraqlıdır.
Şamaxı klubu yarımmüdafiəçilər Merab Qiqauri, Sadio Tounkara və hücumçu Nathan Oduva ilə yeni müqavilə imzalamağa yaxındır. Adıçəkilən oyunçularla aparılan danışıqlar, demək olar ki, müsbət nəticələnib və onlar başa çatan sözləşmələrini uzadacaqlar.
Klub yerlilərdən Rafael Məhərrəmli ilə də yeni sözləşməyə ümid edir. Cinah oyunçusu özü də “Şamaxı”da qalmaqda maraqlıdır.
Qeyd edək ki, İlkin Qırtımovu “Qəbələ”yə göndərən “Şamaxı” Tərlan Quliyev, Şəhriyar Əliyev, Tural Axundov, Kamal Bayramov, Amil Yunanov və Fuad Bayramovla yeni müqavilə imzalamaqdan imtina edib. Hələlik yalnız Stanislav Namaşko və Rəhman Daşdəmirov sözləşməsini uzadıb.
- Premyer Liqa: "Şamaxı" "İmişli"ni məğlub edib - YENİLƏNİB
- Azərbaycanın İslamiadanın açılış mərasimindəki bayraqdarları bəlli olub
- Azərbaycan derbisinə doğru: Noyabr
- "Neftçi" və "Qarabağ" arasında baş tutan matçların 45-də hər iki komanda qol vurmağı bacarıb
- Azərbaycan derbilərində indiyədək üç futbolçu het-trik edib