“Şamaxı”da yeni məşqçilər
05.12.2023 - 17:15
“Şamaxı”nın məşqçilər korpusunda dəyişikliklər olub.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Məşqçilər Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov komandadan ayrılmaq istədiklərini bildirib. Hər üç məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Baş məşqçi Ramiz Məmmədovun yeni köməkçilərinin adı məlum olub. Məqsəd Yaqubəliyev köməkçi məşqçi, Mehman Baxışov fiziki hazırlıq üzrə məşqçi, Elnar Kərimov da qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"
0
0