"Şamaxı"dan Avropaya: SON QƏRARINI VERDİ
14.05.2025 - 19:21

“Şamaxı”da daha bir ayrılıq reallaşacaq.
Apasport.az saytına verilən məlumata görə, Cəlal Hüseynov yayda komandanı tərk edəcək .
22 yaşlı müdafiəçi “Arda”nın düşərgəsinə qoşulacaq.
Onun yeni sezonun toplanışını üçün Krcaali təmsilçisinin heyətində olacağı gözlənilir. Bolqarıstan klubu ilə 2025/2026 mövsümünün sonuna qədər müqaviləsi olan millimizin üzvünə fərqli komandalardan da təkliflər var.
O, məhz mövsüm bitdikdən sonra konkret qərarını verəcək. Lakin sezon bitdikdən sonra Cəlalın “Şamaxı”dan ayrılaraq, “Arda”ya geri qayıdacağı dəqiqləşib.
- Millimizin Ukrayna yığması ilə matçının yeri müəyyənləşib
- "Kəpəz" azarkeşlərinə, "Sumqayıt" isə futbolçularına görə ziyana düşüb
- Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar
- “Sabah”ın U-10 komandası Rusiyada beynəlxalq turnirə qatılıb
- "Turan Tovuz"un məşqçisi 5 oyunluq cəza alıb
0
0