"Şamaxı"nın Antalyadakı oyunu yarımçıq qaldı - VİDEO
11.01.2023 - 20:37
"Şamaxı"nın bu gün Antalyadakı təlim-məşq toplanışı zamanı keçirdiyi yoxlama oyunu yarımçıq dayandırılıb.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi öncə Qazaxıstanın “Kaysar” klubu ilə üz-üzə gəlib. Matçda hesab açılmayıb.
"Şamaxı" ikinci oyunu Rumıniyanın “Botoşan” komandasına qarşı keçirib. 18:30-da start götürən oyun ikinci hissədə yarımçıq dayandırılıb. Buna səbəb güclü yağışın yağmasıdır.
Qeyd edək ki, 68 dəqiqə oynanılan matçda "Şamaxı" rəqibinə 0:1 məğlub olurdu.
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
- Uğurcan Çakırın ardınca Koxalski: ÇL-da "Qarabağ" izləri
- Taleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib
- "Araz-Naxçıvan"da futbolçu qalmadı: SANTOS, SİMAKALA YOLA SALINDI
- Cavid İmamverdiyev Region Liqası klubunda
0
0