Samir Abasov: "Şəhərim mənim motivasiyamdır"
23.12.2023 - 23:09
Samir Abasov: "Şəhərim mənim motivasiyamdır"

- Şahin Diniyev bildirdi ki, təki Samir Abasova uduzum, problem deyil. Bu mövsüm iki dəfə sizə uduzub... 
-Nə deyim vallah? Deyiləsi bir sözüm yoxdur. Şahin Diniyev mənim millidə məşqçim olub. İnsan və məşqçi kimi hörmətim olan adamdır. Biz cavanların arasında nəsə ola bilər. Dediklərimizi qəbul etmərik. Amma Şahin Diniyev hamı ilə dil tapan insandır. Bu cür insanlardan öyrənməliyik. Komplimentdirsə, çox sağolsun. Deyilsə də, sağolsun.

-Kasimir Ninqanın vəziyyəti nə yerdədir?
-Eyni yerdəndir. Hər şey normal idi. Sadəcə, əzələləri elədir ki, 2-3 yerdə ləkələr düşür. Hər bir halda sürətli oyunçuların başına gələn hadisədir. Özü də dilxordur, biz də. Bir ayda buna vaxt gedəcək.

-Bu nəticəni necə şərh edərdiz?
-Futbolçuları inandırırdıq ki, bu yerlərdə ola bilərik. Çox yaxşı haldır. Təəssüf ki, problemlərlə gedəcəyik toplanışa. Ninqadan savayı, Vüqar Mustafayev də əməliyyata yollanacaq. O da iki ay olmayacaq.

- Çox adam "Sumqayıt"ın üçüncü yerdə olacağını ehtimal etməzdi. Fasiləyə bu nəticə ilə getməyiniz rəhbərlik qarşısında tələblərinizi artıracaq?
-Bizim kimi komandalarda tələblər mövsümün ortasında qoyulmur. İlin əvvəlində plan cızılır və ilin sonuna kimi də gedir. "Lerik"lə matçda futbolçumuz zədələndi. Mövsümdə də 6-7 legioner götürüb onlarla hərəkət edəcəyini ehtimal edirsən. Bu cür zədələr planların pozulması deməkdir. Rəhbərliklə danışacağıq. Biz hələ uğur qazanmamışıq. Mayın axırında 8-9-cu yerdə olacaqsansa, dediklərim yaddan çıxacaq. Gördüyüm iş ona təkandır.

- Yəqin ki, "Sumqayıt"ın bu mövsüm istənilən komandanı məğlub etməsi, heç kimə sürpriz gəlməz.
-Burada kiməsə məsləhət vermək istəmirəm. Öyrətmək haqqım da yoxdur. Ancaq çoxu ilə rzı deyiləm. Kimlərsə, hansısa oyunları, komandaları analiz edirsə, bunu daha dərindən etməlidir. Oyunun içində çox yaxşı işlər görürük. İnsanlara nəyisə çatdırmaq üçün özləri də savadlanmalıdır. Bilirəm ki, bundan sonra da tənqidlər olacaq. Ki, mənə savadsız deyirsən, filan kimi. Amma şəsxi fikrimdir. Komandamı analiz edilirsə, meydanda baş verən proseslər analiz edilsin.

-Özünüzü necə motivasiya edirsiz?
Motivasiyam şəhərimdir, azarkeşlərimdir. Evə kimi hamı futboldan danışır. Futbolçularıma çatdırıram ki, siz evə gedirsiz, mən nələrlə üzləşirəm. Bəzən çox haqsızlıqla üzləşmişik. Amma bu, yolumuzdan dönməyə imkan verməyib. Mayda 8-9-cu olsam, birinci siz yazacaqsız ki, dekabrda belə danışırdım. Sakitəm, danışmıram, mayda danışaram.

-Sabah "Neftçi" - "Kəpəz"matçına baxıb analiz edəcəksiz?
-Xeyr, baxmayacam. Çünki sabah istirahət gündür, dincələcəm. İşlərim var. Çox güman ki, baxmayacam. Amma həmin ərəfədə televizorda futbol olsa, baxaram. Bilmirəm, niyə həmişə mənim komandam qalır kənarda, mənə "Neftçi"dən suallar verilir? Mən də cavab verməli oluram. Dilimi saxlaya bilmirəm. Buradan çıxıram "Neftçi"dən zənglər gəlir ki, yenə nə oldu? Xahiş edirəm, mənə "Neftçi"dən suallar verməyin. Mənim öz komandam var.

-Neftçi"ni səfərdə məğlub etməyinizə çox sevinmişdiz.
-Bu gün "Neftçi" də bizi keçsə, digəri də keçsə, dünya dağılmır. Hər şey çempionat bitəndə sayılır. Bu gün qalib gəlməyə çox köklənmişdik. Bundan da qorxurdum. Bəzən üstünlük "Səbail"ə keçəndə, öz-özümə deyirdim ki, nəyisə düz etmədik.

-Bəzi komandalar Antalya toplanışına getməmək qərarına gəlib. "Sumqayıt"ın planında hansısa dəyişiklik olacaq?
-Biz əvvəlcədən planları qurmuşduq. Noyabrdan. Deyəsən, "Qəbələ" də getməyəcək. Turdan-tura eşidirsən ki, hansısa komanda getmir. Qətiyyətlə gedəcəyimizi demirəm. Şəraitimiz də o qədər pis deyil. Meydançalar da var. Şəiraitimiz əladır. Bəlkə getmək fikrindən daşındıq. Orada qurduğumuz planlar da bəzən alınmır. Məsələn, 8-də oyun danışmışıq, zəng edirlər ki, həmin komanda gəlmir. Gərək başqa klubla danışaq. Sabah eşitsəz ki, "Sumqayıt" da getmir, təəccüblənməyin.

0