Santuş Yunanıstanda səfərdə olub
12.05.2025 - 15:30
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Yunanıstanda səfərdə olub.
Apasport.az xəbər verir ki, o, Salonikidə keçirilən Yunanıstan Super Liqasının PAOK – AEK (1:0) görüşünü izləyib.
Portuqaliyalı mütəxəssisin bu oyunda olmasının səbəblərindən biri də komandaya rəhbərlik edərkən PAOK-a dəvət etdiyi Vieyrinyanın futbolçu karyerasını bitirməsi olub.
Azərbaycan millisinin çalışdırıcısı 39 yaşlı futbolçuya “ağ-qaralar”ın xatirə lövhəsini təqdim edib.
Qeyd edək ki, Santuş 2007-2010-cu illərdə PAOK-da çalışıb.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
- Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO
0
0