Saşa İliç: “Belə hal təkrarlanarsa…”
25.04.2026 - 19:16
Saşa İliç: “Belə hal təkrarlanarsa…”

Misli Premyer Liqasının XXIX turunun “İmişli” – “Sumqayıt” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

“Mətbuatda neqativ məlumatlar gedir. Bu, mən və kluba haqsızlıqdır. Futbolçularla aramda problem yoxdur. Xahiş edirəm, məqalə yazanda, reallıqlara əsaslansın. Belə hal yenə olsa, növbəti mətbuat konfransda iştirak etməyəcəyəm. Oyuna gəlincə, vacib xallar qazandıq”.

– Kapitan Səbuhi Abdullazadə çox etirazlar edir. Onun cəzalanması gündəmdədir? 
– Səbuhiyə böyük hörmətim var. Onu bəyənmirəm, deməzdim. Sadəcə oyununu dəyişməlidir. Əvəzlənməyi normaldır. Səbuhinin böyük potensialı var, millinin vacib oyunçularındandır.

- İkinci hissədə çox şans yaratdınız. Fasilədə nəyi dəyişdiniz?  
- Qeyri-adi heç nə yoxdur. İlk hissədə qol vurduq. Fasilədən sonra rəqib irəli çıxdı və boşluqlar verdi.

-Yeni mövsümdə komandada qalacağınız dəqiqləşib? Dəqiqləşibsə, ağlınızda hansı dəyişikliklər var? 
-Rəhbərliklə danışıb, bu mövsümün qalan hissəsində gənclərə şans verməyi seçdik. Bu strategiya ilə davam edəcəyik.

-Bu strategiya sizin klubdakı taleyinizə necə təsir edəcək? 
– İndi diqqətimiz növbəti 4 oyundadır.

-Mətbuat konfransına girməməyiniz hörmətsizlikdir… 
-Digər jurnalistlərdən də üzr istəyirəm, bəlkə, düzgün başa düşülmədi. Problemi izah etmək istəyirəm. Mən, komanda barədə reallıqlar yazılsın. Danil ilə mübahisəmi yazan jurnalistə də deyin, həqiqətləri yazsın. Mən işim, taktiki gedişlərim pis ola və bu haqda yazıla bilər. Amma olmayan şeyləri demək doğru deyil.

-Düşünmürsünüz ki, auysayderlərlə oyunlarda itirilən xallar sizi avrokuboklardan kənarda qoydu? 
-Avrokuboklar uğrunda mübarizə aparırsansa, bu hədəfləri olan komandalarla oyunlarda xallar itirməmək vacibdir.

– Ninkoviç növbəti dəfə penaltidən yararlana bilmədi…  
– Futbolda belə hallar olur. Daha əvvəl Rüstəm də vura bilməmişdi. Ninkoviç bizim üçün vacib oyunçudur. Görək, növbəti penaltini kim vuracaq…