“Səbail” son dəqiqədə sevindi, “Sabah”dan növbəti xal itkisi - YENİLƏNİB
07.10.2023 - 19:58
“Səbail” son dəqiqədə sevindi, “Sabah”dan növbəti xal itkisi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında IX turunun iki oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, “Qəbələ” öz meydanında son beş oyunda uduzmayan “Səbail”i qəbul edib.

Qonaqlar son 6 oyunda 5-ci  isə qələbəsini qazanıb. Şahin Diniyevin yetirmələri əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə qələbə topunu vurublar. Bu qələbə "Səbail"i ikinci pilləyə yüksəldib.

“Sabah” uğursuzluq zolağından çıxa bilmir. Son altı oyunda üç xala həsrət qalan Murad Musayevin yetirmələri növbəti xal itkisini yaşayıblar. Son turda lideri məğlub edən “Araz-Naxçıvan” güclü rəqibi ilə heç-heçə oynayıb.

Qeyd edək ki, tura oktyabrın 8-də yekun vurulacaq.

Misli Premyer Liqası
IX tur
7 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Səbail” - 0:1
Qol:
Rüfət Abdullazadə, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
"Qəbələ": 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
"Səbail": 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 55. Nir Bardea, 21. Anas Najah, 44. Yadin Luqasi.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 3. Silven Deslandes.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ şəhər stadionu

18:00. “Sabah” – “Araz-Naxçıvan” - 1:1
Qollar: 
Anatoli Nuriyev, 82 - İshak Belfodil, 76 (öz qapısına)
Baş hakim: Rauf Cabbarov
"Sabah": 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Till.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Jesse Sekidika, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Bank Respublika Arena

N Klublar O Q H M T-F X
1 Zirə 9 6 1 2 9-5 19
2 Səbail 9 5 2 2 15-11 17
3 Qarabağ 8 5 1 2 16-6 16
4 Araz-Naxçıvan 9 4 2 3 9-9 14
5 Neftçi 8 3 3 2 7-5 12
6 Turan Tovuz 9 3 2 4 12-11 11
7 Sumqayıt 7 2 2 3 7-10 8
8 Sabah 8 1 4 3 11-12 7
9 Qəbələ 9 2 1 6 6-16 7
10 Kəpəz 8 1 2 5 5-12 5

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 5 qol, Aleksandr Ramalinqom ("Səbail") - 4 qol

 

0