“Səbail”dən böyükhesablı qələbə - YENİLƏNİB
15.12.2023 - 14:55
“Səbail”dən böyükhesablı qələbə - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Qəbələ”ni sınağa çəkib. 

Çempionatın sürprizlərindən olan “dənizçilər” turnir cədvəlinin son pilləsində yer alan əyalət təmsilçisinə şans verməyib. Bakı klubu üç cavabsız qolla böyükhesablı qələbə qazanıb.


Misli Premyer Liqası
XVII tur
14 dekabr (cümə)
“Səbail” – “Qəbələ” 3:0
Qol: Y. Luqasi, 17, L. Afriko, 52 (ö.q), A. Romalinqom, 60
Qırmızı vərəqə: S. Tete
“Səbail”:
12. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 48. Ayaz Mikayılov
Baş məşqçi: Şahin Diniyev
“Qəbələ”: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 17. Yaovi Akakpo, 10. Omar Hani
Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“ASCO Arena”, 13:00

Qeyd edək ki, tura dekabrın 18-də yekun vurulacaq.

0