"Səbail"in yoxlama oyununun vaxtı DƏQİQLƏŞDİ
08.01.2024 - 14:01
"Səbail"in yoxlama oyununun vaxtı DƏQİQLƏŞDİ

“Səbail” ilk yoxlama oyununu yanvarın 12-də keçirəcək.

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi komanda Rumnıniya Superliqa təmsilçisi “Universitatea Cluj”la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 18:00-da “İS Santai Hotel”inin meydanında keçiriləcək.

Qeyd edək ki, "dənizçilər" Misli Premyer Liqasının 2023-2024-cü il mövsümünün hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirir.

0