[b]Şəhriyar Məmmədyarov Parisdə 9-cu oldu[/b]
23.06.2018 - 12:58
Şahmat üzrə “Grand Chess Tour” seriyası davam edir. Apasport.az saytının məlumatına görə, Fransanın paytaxtı Parisdə keçirilən turnirdə rapid növü üzrə son üç turun oyunları keçirilib.
Aleksandr Qrişuku məğlub edən Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla bacarmayıb. Azərbaycanlı qrossmeyster Hikaru Nakamura ilə isə heç-heçə edib. Beləliklə, ümumilikdə 7 xal toplayan Şəhriyar Məmmədyarov rapid üzrə 9-cu olub.
Qeyd edək ki, 23-24 iyun tarixlərində “Grand Chess Tour”da blits görüşləri keçiriləcək.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
0
0