DÇ-2018-in H qrupunun taleyini feyr-pley xalları həll edib. Apasport.az saytının məlumatına görə, 3 turdan sonra Seneqal və Yaponiya milliləri bütün göstəricilərdə bərabərliyə nail olub.
6 xala malik Kolumbiyadan geri qalan, 3 xallı Polşanı qabaqlayan cütlük qrupu 4 xalla tamamlayıb. Hər iki komandanın xalları kimi top fərqi (0), vurulan qol sayı (4), şəxsi oyundakı nəticəsi (2:2) də bərabər olub.
Belə olan durumda dünya çempionatları tarixində ilk dəfə feyr-pley xallarına baxmaq zərurəti yaranıb. Keçirdiyi 3 matçda 4 sarı vərəqə alan Yaponiya “-4”, 6 xəbərdarlığa səbəb olan afrikalılar “-6” xala malik olduğundan Asiya təmsilçisi 2-ci yeri tutub. Bu da onlara 1/8 finala vəsiqə qazandırıb.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub