Sərtan debüt etdi, komandası qələbə qazandı
14.01.2024 - 20:53
Sərtan debüt etdi, komandası qələbə qazandı

Türkiyə 1-ci liqasında 18-ci turun oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, Sərtan Taşkının çıxış etdiyi "Manisa" "Kocaelispor"la qarşılaşıb. 

Görüş həmyerlimizin komandasının qələbəsiylə başa çatıb - 2:1. Sertan matça start heyətdə çıxıb və sonadək oynayıb. Bu, onun yeni klubunda debütü olub.

Qeyd edək ki, "Manisa" 22 xalla 10-cu pillədə qərarlaşıb.

0