“Neftçi” Ramil Şeydayevlə yollarını ayırmaqda israrlıdır.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov 29 yaşlı hücumçunu sərəncamında görmək istəmir.
Amma Şeydayev özü klubun ona təklif etdiyi xitam müqaviləsi ilə razılaşmır.
Əslində, Ramilin əsas komandaya qayıtmaq üçün bir şansı var. O da maaşının 30-40 faizinin azaldılmasına razılıq verməsidir.
Şeydayev bununla razılaşarsa, əsas komandaya qaytarılmaq şansı yüksələcək. Əks halda isə onun A komandaya qayıtmaq istəyi baş tutmayacaq.
“Neftçi”nin əsas komandadan uzaqlaşdırdığı futbolçu isə hazırda əvəzedici heyətdə deyil, fərdi olaraq məşqlər yerinə yetirir.
Qeyd edək ki, Ramilin “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, Bakı klubuna gələnə qədər “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo”(Moskva), “Sabah”, “Buriram Yunayted”, “Kocaelispor” klublarında oynayıb.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək