“Skenderbeu” ilə vidalaşıb, Azərbaycana gəlir - FOTO
19.01.2023 - 14:01
“Turan Tovuz”la yaxın günlərdə müqavilə imzalayacağı gözlənilən albaniyalı Belaydi Pusi instaqram hesabında paylaşım edib.
Apasport.az xəbər verir ki, 24 yaşlı hücumçu məxsus olduğu “Skenderbeu” ilə sağollaşıb.
O, instaqram hesabında Albaniya klubuna təşəkkür edib:
“Təşəkkürlər, “Skenderbeu! Çətin dövrdə mənə kömək edən sənsən və səni heç vaxt unutmayacağam! Prezident Takaya, bütün məşqçilərə, komanda yoldaşlarıma, azarkeşlərə və Korçedəki yaxşı dostlara təşəkkür edirəm. “Skenderbeu”ya böyük uğurlar arzulayıram. Özü də tezliklə. İrəli “Skenderbeu”.
_1674122236.jpg)
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
- Uğurcan Çakırın ardınca Koxalski: ÇL-da "Qarabağ" izləri
0
0